Ukraynanın paytaxtı Kiyevdə “Paytaxt günləri” çərçivəsində “Günəşli şabalıd” II Beynəlxalq xeyriyyə festivalı keçirilib. Mayın 25-dən 30-dək gerçəkləşən festivalda ölkəmizi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının “Təbəssüm” rəqs qrupu təmsil edib. Beş xarici ölkənin nümayəndələrinin iştirak etdikləri festivalda balaca artistlər Azərbaycanın milli rəqslərini ifa ediblər. “Təbəssüm” rəqs qrupu festivalda uğurla çıxış edərək Ukrayna Mədəniyyət Nazirliyinin, Kiyev şəhər merinin və Xoreoqrafiya Birliyinin xüsusi diplomlarına layiq görülüb.