“Art Villa” qalereyasında mərhum rejissor-rəssam Nazim Məmmədovun xatirə sərgisi açılıb. Tədbirdə çıxış edənlər Nazim Məmmədovun ömür yolundan və zəngin yaradıcılığından söz açıblar.
   1934-cü ildə Bakıda anadan olan N.Məmmədov Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskvada “Soyuzmultfilm”də rəssam-multiplikator üzrə kurs bitirib. 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor-multiplikator vəzifəsində çalışıb. O, ilk dəfə 1988-ci ildə respublikada beşhissəli “Göyçək Fatma” cizgi film-operasını yaradıb. 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib. Sərgidə rəssamın 30-a yaxın rəngkarlıq əsəri ilə yanaşı, animasiya filmləri də nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar