Türkiyənin tanınmış azərbaycanlı yazıçısının memuarları işıq üzü görüb

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - Türkiyənin tanınmış azərbaycanlı yazıçısı, dövlət xadimi Səməd Ağaoğlunun “Atamın dostları” kitabı işıq üzü görüb.
Kitabda müəllifin atası - XX əsrin ilk onilliklərində Azərbaycan və Türkiyə fikir müstəvisinə xüsusi təsir göstərmiş Əhməd Ağaoğlu (1869-1939) və onunla birgə Türkiyə Cümhuriyyəti uğrunda mübarizəyə qalxmış görkəmli şəxsiyyətlərin portret cizgilərini əks etdirən memuarlar toplanıb. Nəşr tarixçilər, Türkiyə-Azərbaycan münasibətlərinin keçmişini və bugününü araşdıran mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın Azərbaycan türkcəsinə tərcüməçisi və tərtibçisi filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Güldəstə Nəsibdir.