Ağcabədi. Rayondakı Heydər Əliyev Mərkəzi Boyat kənd Mədəniyyət evində “Müstəqilliyimiz əbədidir” adlı sərgi təşkil edib. Mərkəzin direktoru Məhsəti Musa müstəqillik tariximizdən danışıb. Mərkəzdə fəaliyyət göstərən dərnək və kursların üzvlərinin müstəqilliyimizə həsr olunmuş əl işlərinin və dövlət müstəqilliyimizdən bəhs edən kitabların sərgisi nümayiş olunub.
Şəki. MKS-nin Rəşid bəy Əfəndiyev adına 4 saylı kitabxana filialı və R.Əfəndiyevin ev-muzeyinin kollektivi 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə mühazirə təşkil edib. Tədbirdə şəhər 3 saylı orta məktəbin IX-X sinif şagirdləri iştirak ediblər.
Mingəçevir. Konstitusiya Günü münasibətilə Mingəçevir Turizm Kollecində elmi-nəzəri konfrans keçirilib.
Kollecin direktoru Əyyub Əyyubov, şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Sahib Əliyev, müəllimlər Sevda Kərimova, Jalə Məmmədova, Nərgiz Əliyeva mövzu ilə bağlı çıxış ediblər. Konstitusiya Günü münasibətilə keçirilmiş inşa və rəsm müsabiqəsi qaliblərinə fəxri diplomlar təqdim olunub
Cəlilabad. MKS-nin təşkilatçılığı ilə 8 nömrəli məktəb-liseydə “İnsanlara hürriyyət, millətlərə istiqlal” adlı ədəbi-bədii gecə keçirilib. MKS-nin direktoru Elçin Hüseynov 1988-ci ilin 17 noyabrında başlanan xalq hərəkatından bəhs edib. Məktəblilərin ifasında şeirlər səslənib.
Tərtər. MKS-nin Mərkəzi kitabxanası əlamətdar günə həsr olunmuş tədbir keçirib. Tədbirdə “Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol” başlıqlı sərgi nümayiş olunub. Şagirdlər şeirlər söyləyiblər.