Cəlilabaddakı Heydər Əliyev Mərkəzində rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə İncəsənət məktəbinin I və II sinif şagirdləri Gülər Hüseynova və Fidan Həsənzadənin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib. Tədbirdə rayonun idarə və təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
   Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən hər iki şagirdə fəxri fərman və hədiyyələr təqdim edilib.