Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən Qusar rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) işçiləri üçün “Kitabxana mədəniyyət fenomeni kimi” mövzusunda dəyirmi masa təşkil edilib.
   Tədbiri MKS-nin direktoru Zahir Mustafayev açıb. Mərkəzin direktoru, fəlsəfə doktoru Ramazan Şabanov kitabxanaların əhəmiyyətindən, aktuallığından, cəmiyyətin formalaşmasında rolundan söz açıb, iştirakçıları dəyirmi masanın gündəliyi ilə tanış edib.
   Mərkəzin direktor müavini Nəzakət Rəhmanova, metodist Samirə Cəlilova, Tədris-metodika kabinetinin müdiri Aygün Hüseynova, İnformasiya kommunikasiya və elmi təminat şöbəsinin müdiri Rafiqə Nəsirova çıxış ediblər. Çıxışlar video slaydlarla təqdim olunub.
   Dəyirmi masada 60-dək MKS işçisi iştirak edib. Çıxışlardan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.