Azərbaycanlı rejissor İlqar Safat ABŞ-da “Columbia College Hollywood” kino məktəbində ustad dərsləri keçib. “Nərimanfilm”dən verilən məlumata görə, ustad dərsi çərçivəsində rejissorun 2009-cu ildə lentə aldığı “Sahə” filmi də nümayiş olunub. 
   Əsası 1952-ci ildə qoyulan “Columbia College Hollywood” Amerikanın tanınmış və zəngin tarixi olan kino məktəblərindən biridir. Qeyri-kommersiya təşkilatı olan məktəbdə kinonun müxtəlif sahələrinə aid proqramların təcrübə yolu ilə öyrənilməsi həyata keçirilir. Burada ssenari, prodüser, montaj, səs rejissoru, vizual effektlər və digər sahələr tədris olunur.
   
   Lalə