Azərbaycan
   
   10 dekabr 1918 - Tanınmış opera müğənnisi, Xalq artisti Gülxar İbrahim qızı Həsənova (1918-2005) Şəmkir rayonunda anadan olub. 1940-1980-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub. 
   10 dekabr 1924 - Xalq şairi, dramaturq, SSRİ Dövlət mükafatı laureatı Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev; 1924 - 15.1.2007) Bakının Xırdalan kəndində doğulub. Kitabları: "İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsrlər", "Ağ şimşəklər" və s. Televiziya və Radio Verilişləri Komitəsinin, Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri olub. «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib. 
   10 dekabr 1935 - Xalq rəssamı Fikrət Bağır oğlu Bağırov (1935-1996) anadan olub. Bədii tərtibat verdiyi filmlər: “Şərikli çörək”, “Həyat bizi sınayır”, “İstintaq”, “Güllələnmə təxirə salınır!” və s. 
   10 dekabr 1943 - Xalq artist Tamella İslam qızı Abdullayeva anadan olub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisasıdır.
   10 dekabr 1945 - Şair-publisist İsmayıl Səlim oğlu İmanzadə Cəbrayıl rayonunun Mərcanlı kəndində anadan olub. 
   10 dekabr 1996 - Şair, dramaturq İsgəndər Coşqun (İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927-1996) vəfat edib. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.
   
   11 dekabr 1918 - Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (1918 - 9.11.1994) Ağdamın Şıxavənd kəndində anadan olub. "Xəzinə", “Yarpaqlar”, “Arakəsmələr”, “Karvan yolu” və s. romanların, digər nəsr əsərlərinin müəllifidir. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenarisini yazıb.
   
   12 dekabr 1893 - Görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadə (1893 - 16.11.1938) Şamaxıda anadan olub. Teatr tariximizdə müstəsna xidmətlər göstərib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya edilib, İran dövlətinə casusluqda ittiham olunaraq güllələnib. 1956-cı ildə sənətkara bəraət verilib.
   12 dekabr 1926 - Tanınmış saz-söz ustadı, Əməkdar mədəniyyət işçisi aşıq Pənah (Əlipənah Ələsgər oğlu Pənahov; 1926 - 26.8.1978) Salyan rayonunda doğulub. Salyan Dram Teatrında çalışıb. “Kür” aşıqlar ansamblını yaradıb. 
   12 dekabr 1937 - Şair, tərcüməçi Əhəd Muxtar (Əhəd Muxtar oğlu Qənbərov; 1937 - 23.5.1998) anadan olub. Özbək, qırğız, qazax, türkmən şairlərinin əsərlərini Azərbaycan dilinə çevirib.
   12 dekabr 1945 - Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında inqilab qələbə çalıb. Cənubi Azərbaycan Demokratik Respublikası elan olunub, milli hökumət qurulub. Hərəkata dəstək verən sovet qoşunları İranı tərk edəndən sonra şah rejimi milli hökumətə divan tutub. Hərəkat 1946-cı ilin dekabrında süqut edib. Azərbaycan SSR-ə mühacirət edən Pişəvəri 1947-ci ildə avtomobil qəzasında həlak olub. 
   12 dekabr 1968 - Xalq artisti, tanınmış teatr və kino aktyoru Mustafa Həşim oğlu Mərdanov (28.2.1894 - 1968) vəfat edib. Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub, sonra ailəsi Tiflisə köçüb. Moskvada Teatr Sənəti İnstitutunu bitirib, 1924-cü ildə Bakıya gəlib. “O olmasın, bu olsun”, “Qanun naminə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.
   12 dekabr 2002 - Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov, 12.3.1933 - 2002) vəfat edib. Bir çox şeirlərinə populyar mahnılar (“Cavanlığım”, «Ey həyat, sən nə qəribəsən», “Tələbəlik illəri”, “Tələsin, insanlar” və s.) bəstələnib. Milli Məclisin deputatı (1995-2000) olub.
   12 dekabr 2007 - Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (22.11.1922 - 2007) vəfat edib. Əsərləri: “General”, “Əlibalanın ağır səfəri”, “Burulğanlar”, “Ləpədöyəndə”, “Uzaqdan gələn qonaq”, “Haradansınız, müsyö Abel?” və s.
   
   13 dekabr 1929 - Şərqşünas alim, professor Saleh Əliyev (1929 - 21.11.2006) Gəncədə anadan olub. Rusiya EA-nın Şərqşünaslıq İnstitutunda çalışıb. İran və Cənubi Azərbaycan tarixi üzrə tədqiqatların müəllifidir. Moskvada "Ocaq" Mədəniyyət Cəmiyyətinin rəhbəri olub.
   13 dekabr 1956 - Əməkdar incəsənət xadimi, şair, publisist, dramaturq Abdulla Novruz oğlu Qurbani Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Mahmudkənd kəndində anadan olub.
   13 dekabr 1962 - Filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nərgiz Arif qızı Paşayeva Bakıda anadan olub. Bakı Musiqi Akademiyasında, BDU-da kafedra müdiri, prorektor işləyib. 2008-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur. "Üns" teatrının yaradıcısı və rəhbəridir. 
   
   Dünya
   
   10 dekabr Dünya İnsan Haqları Günüdür (Human Rights Day). 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyasında “Dünya insan haqları Bəyannaməsi”nin qəbul olunması ilə bağlı təsis edilib. 1950-ci ildən qeyd edilir.
   10 dekabr 1821 - Rus şairi, yazıçı və publisist Nikolay Alekseyeviç Nekrasov (1821 - 8.1.1878) anadan olub. “Rusiyada kim yaxşı yaşayır”, “Rus qadınları”, “Kəndli uşaqları” və s. poemaların müəllifidir.
   10 dekabr 1890 - Müasir türk tarixşünaslığının banilərindən biri, görkəmli başqırd şərqşünası və türkoloq, ictimai xadim Əhməd Zəki Validi Toğan (1890 - 28.7.1970) anadan olub. 
   
   11 dekabr 1803 - Fransız bəstəkarı Hektor Berlioz (Louis-Hector Berlioz, 1803 - 8.3.1869) anadan olub. Əsərləri: “Fantastik simfoniya”, “Benvenuto”, “Çellini” operaları və s. 
   11 dekabr 1913 - Fransız aktyoru, rəssam Jan Mare (Jan Alfred Villen-Mare; 1913 - 8.11. 1998) anadan olub. Filmləri: "Bəyaz gecələr", "Qraf Monte-Kristo", "Parisin sirləri", "Dəmir maska", “Fantomas” və s. 
   11 dekabr 1890 - Argentina müğənnisi, aktyor, tanqo rəqqası Karlos Qardel (Carlos Gardel, 1890-1935) anadan olub. Onun şərəfinə 11 dekabr bir sıra ölkələrdə “Beynəlxalq tanqo günü” kimi qeyd olunur.
   11 dekabr 1918 - Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1970) Aleksandr İsayeviç Soljenitsin (1918 - 3.8.2008) anadan olub. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasiya edilib, ABŞ-da yaşayıb, 1994-də Rusiyaya qayıdıb. "Xərçəng korpusu", "Birinci dairədə", "Arxipelaq QULAQ", "Qırmızı təkər" və s. romanların müəllifidir.
   
   12 dekabr 1821 - Fransız yazıçısı Qustav Flober (Gustave Flaubert, 1821 - 8.5.1880) anadan olub. “Madam Bovari”, “Salambo”, “Hislərin tərbiyəsi” və s. romanların müəllifidir.
   12 dekabr 1860 - Polyak şairi, dramaturq, ədəbiyyatşünas Yan Kasproviç (Jan Kasprowicz, 1860-1926) anadan olub.
   12 dekabr 1915 - Amerika müğənnisi, aktyor Frenk Sinatra (Francis Albert Sinatra, 1915 - 14.5.1998) anadan olub.
   12 dekabr 1928 - Qırğız yazıçısı Çingiz Aytmatov (1928 - 10.6.2008) anadan olub. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Üz-üzə”, “Torpaq ana”, “Ağ gəmi”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. əsərlərin müəllifidir.
   12 dekabr 1941 - Rusiyanın Xalq artisti Vitali Mefodyeviç Solomin (1941-2002) anadan olub. Filmləri: “Şerlok Holms və doktor Vatson”, “Qaratoxmaq qadın”, “Qış albalısı” və s.
   
   13 dekabr 1720 - İtalyan dramaturqu, nağıl-pyeslərin müəllifi Karlo Qotsi (Carlo Gozzi, 1720 - 1806) anadan olub. 
   13 dekabr 1797 - Yəhudi əsilli alman şairi, yazıçı, ədəbiyyatşünas Henrix Heyne (Christian Johann Heinrich Heine, 1797 - 17.2.1856) anadan olub. Əsərləri: “Nəğmələr kitabı” (poeziya), “Hartz dağına səyahət” (nəsr) və s. Məşhur bəstəkarlar (F.Şubert, R.Şuman, P.Çaykovski) şairin şeirlərinə musiqi yazıb.
   13 dekabr 1908 - Polyak-yəhudi əsilli məşhur sovet aktyoru, SSRİ Xalq artisti Rostislav Yanoviç Plyatt (1908 - 1989) anadan olub. Filmləri: “Baharın on yeddi anı”, “Rezidentin səhvi” və s. 
   
   Hazırladı: Vüqar Orxan