Şəhər və rayonlardakı mədəniyyət müəssisələrində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar müxtəlif tədbirlər, mərasimlər təşkil olunub.
   Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər Mədəniyyət və Turizm idarəsi, Təhsil şöbəsi, Gənclər və İdman Baş idarəsi Sumqayıt Dövlət Universiteti ilə birgə ulu öndərin xatirəsinə həsr olunmuş elmi-praktik seminar keçirilib. Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanasında da şəhər Mədəniyyət evi ilə birgə anım tədbiri təşkil olunub.
   Qax rayon Heydər Əliyev Mərkəzində ümummilli liderin anım günü ilə əlaqədar ”Əsrlərə bərabər ömür” adlı tədbir keçirilib.
   Balakən rayon MKS-də “Ürəklərdə əbədi məşəl yandıran insan” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
   Xaçmaz rayon Mərkəzi kitabxanasının oxu zalında ulu öndərin anım günü ilə əlaqədar tədbir keçirilib.
   Zərdab rayon MKS-nin Mərkəzi kitabxanasında 36, 39 saylı kitabxana filialları əməkdaşlarının və H.Aslanov adına 3 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə "Göz yaşımız məzarında güllərdi" başlıqlı dəyirmi masa keçirilib.
   Goranboy rayon Mərkəzi kitabxanasında “Bütün zamanların dahisi” mövzusunda dəyirmi masa təşkil olunub.
   Qazax rayon MKS-nin şəhər 1 saylı kitabxana filialı “Bir adın var: Fövqəlbəşər” adlı məruzə təqdim edilib.
   Ağdaş rayon Mərkəzi kitabxanasında “Heydər Əliyev mədəniyyətimizin hamisi idi” mövzusunda dəyirmi masa keçirilib. 
   Ağcabədi Pedaqoji Kollecinin tələbələri ulu öndərin anım günü ilə əlaqədar rayondakı Heydər Əliyev Mərkəzini ziyarət ediblər. 
   Şəki Heydər Əliyev Mərkəzində və Nakam adına Mərkəzi kitabxanada ümummilli liderin anım günü qeyd edilib.
   Masallı rayon N.Gəncəvi adına Mədəniyyət mərkəzində keçirilən tədbirdə Masallı Dövlət Regional Kolleci tələbələrinin hazırladığı “Ölümsüz həyat” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. 
   Astara rayon Mərkəzi kitabxanasında gerçəkləşən tədbirdə isə M.Ə.Sabir adına şəhər 1 saylı orta məktəb şagirdlərinin hazırladıqları kompozisiya maraqla qarşılanıb.
   Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanada ümummilli liderin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 
   Hacıqabul rayon MKS-nin Mərkəzi kitabxanası və kitabxana filiallarının təşkilatçılığı ilə ulu öndərin həyat və fəaliyyətini əks etdirən sərgilər təşkil olunub, məruzələr oxunub.