Dekabrın 23-də Heydər Əliyev Sarayında “Anadolu rəngləri” adlı konsert proqramı təqdim olunacaq. Konsert Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə reallaşacaq. Proqramda iki qardaş xalqın milli rəqsləri təqdim ediləcək.