Qax rayon Uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycanım” adlı konsert proqramı keçirilib. Tədbir iştirakçıları öncə şagirdlərin rəsmlərindən ibarət sərgiyə tamaşa ediblər. Məktəbin direktoru Xatirə İmamova müstəqillik illərində incəsənətimizin inkişafı yolunda əldə olunmuş uğurlardan danışıb. 
   Konsert xor kollektivinin ifasında kompozisiya ilə başlayıb. Xoreoqrafiya şöbəsinin şagirdləri milli rəqslərimizi ifa edib, fortepiano şöbəsinin şagirdləri klassik və müasir bəstəkarların əsərlərini səsləndiriblər. Məktəbin xalq çalğı alətləri ansamblının ifasında solo musiqilər səslənib, xanəndəlik şöbəsinin şagirdləri Azərbaycana həsr olunmuş mahnılar oxuyublar.