Dekabrın 21-də “YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında “Sən məni anlamırsan” adlı sərgi açılıb. “ADO” teatr qrupunun iştirakı ilə gerçəkləşən sərgidə üç rəssam - Vüsal Rəhim, Vüqar Quliyev və Aysel Əmirovanın əl işləri təqdim olunur.
   Bu, ziyarətçilərin “başqasının cildinə” daxil olmaqla, əsərlərin mənasını rəssamların baxış bucağından görməyə və anlamağa yönəlmiş eksperimental layihədir. Sərgi dekabrın 30-dək davam edəcək.