Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Bakı Uşaq Teatrı kütləvi informasiya vasitələri nümayəndələrinin və elmi işçilərin uşaqları üçün Yeni il şənliyi keçirəcək. Şənlik 30 dekabrda Q.Abbasov adına Mədəniyyət sarayında baş tutacaq. Şənlikdə “Yeni il müsabiqəsi” tamaşası nümayiş olunacaq.