Qazax rayon MKS-nin təşkilatçılığı ilə Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları Folklor evi ilə birgə şair, publisist Nüsrət Kəsəmənlinin anadan olmasının 70 illiyi ilə əlaqədar ədəbi kompozisiya təşkil edib. Tədbirdə Zahid Mahmudov adına kənd orta məktəbinin müəllim və şagird kollektivi, fəal oxucular iştirak ediblər.
   Kitabxana filiallarının müdirləri Tamam Cəfərova və Məktubə Qocayeva şairin həyat və yaradıcılığından söz açıblar. Fəal oxucular şairin “Əsgər nəğməsi”, “20 Yanvar”, “Analar”, “Biri vardı, biri yox”, “Yanıq Kərəmi” şeirlərini söyləyiblər.