Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatı və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Bayram tədbirində ATMU-da rektor səlahiyyətlərini icra edən Eldar Aslanov bildirib ki, yeni təqvim ili ərəfəsində, eyni zamanda tədris ocağına universitet statusu verilməsinin ikinci ilini də qeyd edirik. Bu günü təhsil, tədris, təlim sahəsində fəaliyyətimizin hesabatı kimi dəyərləndirə bilərik. 
   “Bayram çələngi” konsert proqramı ilə davam edən şənlikdə dama və şahmat yarışlarının qaliblərinə qiymətli hədiyyələr və diplomlar təqdim olunub.
   
   Fariz Hüseynov