“Yazıçı” jurnalının böyük özbək şairi Əlişir Nəvaiyə həsr edilmiş xüsusi buraxılışı nəşr olunub. Nəşrin baş redaktoru yazıçı Azər Abdulladır.
   Dərgidə Özbəkistandan Abdulla Aripov, Akif Azalp və Xosiyat Rustamovanın şeir və esseləri, özbək alimlərinin Nəvai haqqında araşdırmalarından örnəklər, eləcə də Azərbaycandan akademiklər İsa Həbibəyli, Rafael Hüseynov və Teymur Kərimlinin yazıları yer alıb. Xüsusi buraxılışda Xalq yazıçısı Anarın Nəvai sənətinin qüdrətindən bəhs edən yazısı, filologiya üzrə elmlər doktoru Almaz Ülvinin böyük şair haqqında məqaləsi və digər məqalələr verilib.
   
   S.Qaliboğlu