Milli İncəsənət Muzeyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Yeni il hədiyyəsi” adlı aksiyaya start veriləcək.
   Yanvarın 3 və 4-də muzeyə giriş 1 manat təşkil edəcək. Muzeyin rəhbərliyi paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonağı olan hər kəsi bu fürsətdən yararlanmağa dəvət edir.
   Aksiya çərçivəsində iştirakçılar muzeyin zəngin stasionar ekspozisiyası və “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında” adlı möhtəşəm sərgi ilə tanış ola biləcəklər.