Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında müasir Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli nümayəndəsi, şair, nasir, kinodramaturq və tərcüməçi Ramiz Rövşənin anadan olmasının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
   Tədbirdə çıxış edənlər yubilyarı təbrik edib, onun Azərbaycan mədəniyyətində xidmətlərini vurğulayıblar.
   Qeyd olunub ki, R.Rövşən Azərbaycan kinosunun çox məhsuldar dövrü olan 70-ci illərin əvvəllərində “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb, “Mozalan” satirik kinojurnalının redaktoru, kinostudiyanın ssenari-redaksiya kollegiyasının üzvü, baş redaktoru vəzifələrində çalışıb. Onun yazdığı ssenarilər əsasında “Babamızın babasının babası”, “Şəhərli biçinçilər”, “İşarəni dənizdən gözləyin”, “Özgə vaxt” və s. bədii filmlər, eləcə də qısametrajlı və sənədli filmlər çəkilib. Sənətkar bir çox filmin redaktoru, sinxron mətnlərin müəllifidir.