Mingəçevir Turizm Kollecinin kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ilin gəlişini təntənə ilə qeyd edib. Kollecdə keçirilən bayram tədbirində Yeni il şənliyinin əsas atributları olan Şaxta baba və Qar qız iştirakçıları bayram münasibətilə təbrik edib, tələbə və müəllimlərə firavan həyat, uğurlu təhsil arzulayıblar.
   Daha sonra kollecin direktoru professor Əyyub Əyyubov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb, 2017-ci ilin Azərbaycan üçün uğurlu il olacağına əminliyini bildirib.
   Bayram şənliyində şeir və mahnılar, rəqslər ifa olunub, musiqili-əyləncəli oyunlar, bilik yarışları keçirilib, milli yeməklərimiz təqdim edilib.