Musiqili tamaşa nümayiş etdirilib
   
   Dekabrın 28-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Uşaq opera teatrının “Səni sevirik, Xəzərim” adlı musiqili tamaşası nümayiş olunub. Xəzər haqqında yazılmış musiqili tamaşada BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının şagirdləri iştirak ediblər. Səhnə əsərinin bədii rəhbəri Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovdur. Tamaşanın quruluşçu rejissorları Elvin Mirzəyev və Nigar Mirzəyeva, musiqi rəhbəri isə Ofeliya Axundovadır.