“Forbes” jurnalının rus versiyası 2016-cı ildə bədii bestsellerlərin “top 20” siyahısını açıqlayıb. Siyahıdan bəlli olur ki, başa çatan ildə klassik bədii ədəbiyyat, bütün müasir tendensiya və cərəyanların bolluğuna rəğmən, yenə daha çox kütləvi oxucu marağı cəlb edir. Rusiyada nəşr evləri və kitab satışı mərkəzlərinin məlumatına görə, 2016-cı ildə Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri 1 milyon 100 min nüsxə, Rey Bredberinin “Zəncirotu şərabı” kitabı 729 min, Cerom Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” 461 min nüsxə satılıb. Oxucular arasında daha çox populyar olan kitablar sırasında Pol Hokinsının “Qız qatarda” (195 min nüsxə) və Daniel Kizanın “Billi Milliqanın sirli tarixçəsi” (244 min) də yer alıb.
   Xarici ədəbiyyat nümunələri ilə müqayisədə rus müəlliflərin əsərlərinin satışı maksimim 50-80 min nüsxə təşkil edib.

   İlona Qubadova