Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Alimlər Evinin "Musiqi məbədindən elm məbədinə" adlı birgə layihəsi çərçivəsində musiqili lektoriyalar təşkil olunacaq. Məqsəd musiqi sahəsində fəaliyyət göstərən alimlərin, musiqiçilərin təcrübəsini paylaşmaq, bu sahəyə marağı olan insanların biliklərini daha da zənginləşdirməkdir.
   Yanvarın 10-da keçiriləcək “Üzeyir Hacıbəyli - görkəmli bəstəkar, alim, şəxsiyyət” adlı ilk musiqili lektoriyada Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudovanın məruzəsi dinləniləcək. 
   
   Lalə