Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yeni il şənlikləri və bayram tamaşası başa çatıb.
   Teatrın mətbuat xidmətindən verilən məlumata görə, hər gün 4 seans olmaqla 10 gün davam edən şənliklər yanvarın 4-də yekunlaşıb.
   Bayram şənlikləri çərçivəsində balacaların maraqla izlədiyi “Buzlar ölkəsində” nağıl-tamaşa da nümayiş olunub. Müəllifi Anar Sadıqov olan səhnə əsərinə gənc rejissor Əlif Cahangirli quruluş verib.
   Tamaşada əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdqızı, Sevinc Əliyeva, Elxan Quliyev, aktyorlar Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov, Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Mətləb Abdullayev, Dilarə Nəzərova, İlahə Həsənova, Məhsəti Tahirzadə və Firuzə Balayeva çıxış ediblər.
   Şahzadə Qar qızın xilasından bəhs edən səhnə əsəri xeyirin şər üzərində qələbəsi ilə başa çatır.