Yanvarın 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyasının Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunan tədbir keçiriləcək.
   Filarmoniyadan bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
   Tədbirdə simfonik orkestrin müşayiəti ilə xalq və bəstəkar mahnıları səsləndiriləcək.