Quba rayon MKS tərəfindən uşaqlar arasında rəsm müsabiqəsi keçirilib. Yekun sərgidə 10-15 yaş arası 25 uşağın əl işləri nümayiş olunub. MKS-nin direktoru Saməddin Nəsirov, Uşaq şöbəsinin müdiri Zərəfşan Yasinova uşaqların rəssamlıq bacarıqlarının üzə çıxarılması baxımından bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər.
   Müsabiqənin qalibləri fəxri fərmanlarla təltif ediliblər. Sonra tədbir iştirakçıları rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.