Yanvarın 13-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, skripkaçı Zəhra Quliyevanın yaradıcılıq gecəsi keçiriləcək.
   Mədəniyyət və Turizm Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək gecədə sənətkarın yaradıcılığı, musiqi mədəniyyətinin inkişafında xidmətlərindən söz açılacaq. Tədbir konsert proqramı ilə davam edəcək.