Ötən il 1 milyon 523 min 75 nəfər Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Gürcüstanın Milli Turizm Administrasiyasından bildiriblər ki, bu, 2015-ci illə müqayisədə 129 min 818 nəfər və yaxud 9,3 faiz çoxdur. Bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xaricilər sırasında birinci yerdədir. 
   Administrasiyanın məlumatında qeyd olunur ki, 2014-cü ildə Azərbaycandan Gürcüstana gələn turistlərin sayı 1 milyon 283 min 214 nəfər, 2015-ci ildə isə 1 milyon 393 min 257 nəfər olub.