Araşdırmaya görə, isveçrəlilər şəraba ən çox pul xərcləyən xalqlar sıralamasında birinci yeri tutub. Bir isveçrəlinin illik şəraba xərclədiyi pulun miqdarı 641 İsveçrə frankıdır (599 avro). İkinci yeri isə Kayman adalarının sakinləri tutur (538 avro).
   Avropada isə isveçrəlilərdən sonra şəraba ən çox pul xərcləyən xalq islandlardır. Fransızlar, italyanlar, ispanlar, yunanlar və digər Avropa ölkələrinin sakinləri isveçrəlilərin xərclədiyinin yarısı qədər şəraba pul xərcləyirlər. İsveçrəlilərin digər avropalılardan çoxlu pul xərcləməsinin əsas səbəblərindən biri də bu ölkədə şərabın qiymətinin digər ölkələrlə müqayisədə yüksək olmasıdır.
   ABŞ-ın Kaliforniya ştatında yerləşən Şərab İnstitutunun göstəricilərinə əsasən, İsveçrə şərab istehsalına görə dünyada altıncı yeri tutur və bu ölkədə hər il adambaşına 40 litr şərab içilir. Bu sıralamada birinci yeri andorralılar tutur, bu ölkədə adambaşına 46 litr şərab istehlak edilir.
   Böyük üzümçülük ölkəsi olmasa da, hər il İsveçrədə təxminən 90 milyon litrə yaxın şərab istehsal edilir, lakin bu istehsalın sadəcə bir faizi ixracat üçün nəzərdə tutulur.