Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin (BTƏƏM) yeni ofisinin açılışı olub.
   Mərkəzin direktoru Səlim Babullaoğlu bu işlərin reallaşmasında, redaktoru olduğu “Dünya ədəbiyyatı” jurnalının yeni nömrələrinin hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib və yeni layihələr haqqında söhbət açıb. 
   Mərkəzin “Dünya ədəbiyyatı” jurnalının ötən il iki sayı çapdan çıxıb. “Rusiya” və “Oman” ədəbiyyatı dərgiləri hazırlanaraq nəşr edilib. Qarşıda böyük planlar var. Bakıda ikinci Beynəlxalq Poeziya Festivalının keçirilməsi də nəzərdə tutulur: “Yeni ofisimizin açılışı işlərimizin sürətlənməsinə təkan verəcək”.
   Mərkəzin rəhbəri bildirib ki, “525 kitab” seriyasından 27 kitab nəşr ediblər. Tədbirdə çıxış edənlər mərkəzin kollektivini təbrik edib, onlara işlərində uğurlar arzulayıblar.