Esse yarışması qaliblərinə sertifikatlar təqdim olunub
   
   Dekabrın 30-da Bakı Yunus Əmrə İnstitutunda məşhur türk yazıçısı Əhməd Hamdi Tanpınarın yaradıcılığına həsr edilmiş “Tanpınarı kəşf edirəm” adlı esse yarışmasının qalibləri ilə görüş keçirilib.
   İnstitutun direktoru İbrahim Yıldırım yarışmanın əsas məqsədini açıqlayıb. Qeyd edib ki, Əhməd Hamdi Tanpınarı tanıtmaq məqsədilə təşkil olunan müsabiqə uğurla başa çatıb.
   O, yazıçının yaradıcılığına Azərbaycan oxucusunun verdiyi yüksək qiyməti dəyərləndirib. Bildirib ki, təqdim olunan esselərdə böyük sevgi ilə yazıçının əsərləri analiz edilib. 
   Tədbirdə 5 əsas qalib çıxış edərək belə ədəbi müsabiqələrin eyni mədəniyyəti paylaşan iki qardaş xalq arasında anlaşma və birliyə əlavə təkan verdiyini bildiriblər.
   Sonda əsas qaliblərdən başqa digər iştirakçılara müsabiqəyə qatıldıqları üçün sertifikatlar təqdim edib.