AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
   Jurnalın yeni nömrəsində bu elm müəssisəsinin müstəqillik illərində fəaliyyətini əks etdirən məqalə və respublikamızın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən elmi konfrans barədə yazı, görkəmli şərqşünas, akademik Əbdülkərim Əlizadəyə həsr edilən məqalələr yer alıb. Həmçinin oxuculara Şərq ədəbiyyatına, dillərinə, ictimai fikrinə aid “Şəhriyarın farsdilli poeziyada yeri”, “Haldun Tanerin hekayə yaradıcılığı”, “Qarabağ faciələri Cənubi Azərbaycan ədəbiyyatında”, “Çin dilçiliyi tarixindən” və digər məqalələr təqdim olunur.
   Jurnalın yeni sayında müasir Şərq ədəbiyyatından tərcümə və digər materiallar da diqqəti cəlb edir. Həmçinin, Şərqşünaslıq İnstitutunda nəşr olunan yeni kitablar və keçirilən tədbirlər barədə məlumat almaq mümkündür.