Fevralın 8-də Muzey Mərkəzinin sərgi qalereyasında gənc rəssam Milena Nəbiyevanın “Kainat naxışları Minabi” adlı fərdi sərgisi açılacaq. Sərgi fevralın 11-dək davam edəcək. Milena Nəbiyevanın əsərləri sırasında milli dəyərlərimizə söykənən təsvirlər xüsusi yer tutur. Yaratdığı rəngkarlıq nümunələri rəssamın incə zövqü ilə yanaşı, düşüncələrini və daxili aləmini də əks etdirir.