Yanvarın 31-də paytaxtdakı Kamera və Orqan Musiqisi Zalında gənc bəstəkarlar konsert proqramı ilə çıxış edəcəklər. Konsert “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
   Müxtəlif ali və orta ixtisas musiqi məktəblərindən olan gənc ifaçıların qatılacağı konsertdə yalnız gənc azərbaycanlı bəstəkarların musiqi əsərləri səsləndiriləcək.