Yanvarın 14-15-də Sankt-Peterburq Dövlət Akademik Teatrının (Mariinsk Teatrı) Primorsk səhnəsində Pyotr Çaykovskinin “Şelkunçik” baleti nümayiş etdiriləcək. Səhnə əsərinin quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı azərbaycanlı balet ustası Eldar Əliyevdir. 
   Eldar Əliyev Bakıda doğulub. Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariinsk Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur. 2016-cı ildə Sankt-Peterburq Dövlət Akademik Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib.