Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı yeni ilin ilk repertuarını açıqlayıb.
   Teatrın direktoru İslam Həsənov bildirib ki, yanvar və fevral aylarında truppa 18 dəfə tamaşaçılarla görüşəcək. İlk tamaşa yanvarın 14-də olacaq. Kollektiv həm uşaqlar, həm də böyüklər üçün tamaşalar göstərəcək. Repertuarda xalq nağılı olan “Cəsurlar”, Qrimm qardaşlarının “Cəsur dərzi”, Marsel Berkiye-Marinyenin “Oğru”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsərləri yer alıb.