Azərbaycan Rəssamlar İttifaqı hər il olduğu kimi, yola saldığımız 2016-cı ildə də müxtəlif mövzulu rəsm sərgisi və ya fotosərgilərin təşkil olunduğu məkan olmaqla yanaşı, həm də təşkilatçısı qismində çıxış edib.
   Ötən il Rəssamlar İttifaqında 22 fərdi, 19 ümumi olmaqla 41 sərgi açılıb. Sənət ocağı 10 fotosərgiyə və 31 rəsm sərgisinə təşkilatçılıq edib. İttifaqda 2016-cı ildə təşkil olunan sərgilər ötən illərə nisbətdə daha çox olub. 2015-ci ildə ümumilikdə 29, 2014-cü ildə isə 26 sərgi açılıb.
   Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqı ölkəmizin ərazisində fəaliyyət göstərən professional rəssamları və sənətşünasları birləşdirən yaradıcı ictimai təşkilatdır. İttifaqın strukturunda Naxçıvan, Gəncə və Şəki regional şöbələri fəaliyyət göstərir.