Müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunacaq
   
   Yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Fotoqraflar Birliyində “İlin fotoqrafı-2016” mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil ediləcək tədbirdə Azərbaycan fotoqrafiya sənətində 2016-cı ilin yekunları elan ediləcək və 22 nominasiya üzrə mükafatlar təqdim olunacaq. Həmçinin Orxan Aslanovun “My Azerbaijan” fotosərgisi nümayiş ediləcək.
   Qeyd edək ki, Azərbaycan Fotoqraflar Birliyi tərəfindən 1999-cu ildən ənənəvi olaraq “İlin fotoqrafı” mükafatlandırma mərasimi keçirilir.