Astara Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivləri rayon ərazisində yerləşən sərhəd məntəqələrində xidmət edən əsgər və zabitlərlə tez-tez görüşlər keçirir. Hər il olduğu kimi, bu il də yanvarın ilk günlərində sərhəd zastavalarında özfəaliyyət kollektivlərinin iştirakı ilə Yeni il şənlikləri təşkil edilib.
   Astara, Qapıçıməhəllə, Alaşa, Züngüləş, Armudlu, Sım, Unuz, Hamoşam sərhəd məntəqələrində sərhədçilərin qonağı olan kənd mədəniyyət müəssisələrinin kollektivləri konsert proqramı ilə çıxış ediblər. “Şindan” aşıqlar ansamblının, meyxana ustaları və müğənnilərdən Təhminə Mahmudova, Fəxrəddin Məmmədov, Emil Tağıyev, Elvin Məlikov, Ruhan Həziyevin ifaları maraqla qarşılanıb.