Malayziyada ingilis dilində nəşr olunan “The Globalist” jurnalının növbəti buraxılışında “Hacı Zeynalabdin Tağıyev: Azərbaycanın görkəmli tarixi şəxsiyyəti” adlı məqalə dərc olunub.
   Məqalənin müəllifi Datin Buşra Naseer Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olub və bir çox məkanları, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.
   Muzeyin görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşadığı binada yerləşdiyi qeyd olunan məqalədə H.Z.Tağıyevin həyatı, xeyriyyəçilik fəaliyyəti barədə ətraflı məlumatlar əksini tapıb.