Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin (1921-2003) ömür yoluna həsr edilmiş “Cəfərzadələr ocağı - Əzizə Cəfərzadə” kitabı işıq üzü görüb.
   Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən bildirilib ki, AYB-nin Şamaxı bölməsinin sədri, professor Seyfəddin Qəniyevin müəllifi olduğu kitabın yaxın günlərdə təqdimatı keçiriləcək. Kitabda yazıçının həyat və yaradıcılığı, əsərləri haqqında geniş məlumat verilir.