Kanadanın Britaniya Kolumbiyası əyalətində su altında qalmış yüzlərlə kartofun olduğu sahə aşkarlanıb. Bu ərazidəki 3800 il əvvəl kənd təsərrüfatında istifadə edilmiş üsulların izləri arxeoloqların marağına səbəb olub.
   Tədqiqatçılar Tanja Hofmanın və Simon Freyzerin rəhbərliyi ilə arxeoloqlar tərəfindən aparılan araşdırmalar zamanı əsrlər boyu su ilə dolu ərazidə bitkilərin saxlanılması üçün münbit şəraitin olduğu aşkarlanıb. Tədqiqatçılar qazıntılar aparılan ərazidə 3 mindən çox kartofabənzər “vapato” bitkisi tapıblar. Bu bitkiyə Cənubi Kanadanın rütubətli ərazilərində indi də rast gəlmək mümkündür.