Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Ramazan Hüseynov beynəlxalq müsabiqədə Qran-pri mükafatına layiq görülüb.
   Baş idarədən bildirilib ki, gənc istedadların beynəlxalq müsabiqəsi Çexiyanın paytaxtı Praqada keçirilib.
   Ramazan Hüseynovun müəllimi Xədicə Həmzəyevaya da diplom təqdim olunub.