Yanvarın 14-də Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərində, Başqırdıstan Dövlət Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin premyerası olacaq. 
   Bəstəkarın türk şairi Nazim Hikmətin pyesi əsasında yazdığı balet 1961-ci ildən dünya səhnələrini bəzəyir. İndiyədək 60-dan çox teatrda baletin premyeraları keçirilib.
   Başqırdıstan Dövlət Opera və Balet Teatrının saytında məlumat verilir ki, səhnə əsərinin quruluşçu dirijoru bu respublikanın Əməkdar incəsənət xadimi German Kimdir.