Yanvarın 24-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Əməkdar artist, pianoçu və bəstəkar Emil Əfrasiyabın caz konserti keçiriləcək. 
   Konsert Fransada Azərbaycanın Dostları Assosiasiyasının illik toplantısı çərçivəsində reallaşacaq. Bu barədə sənətçi özü məlumat verib.
   Emil Əfrasiyab Azərbaycanın yeni nəsildən olan aparıcı caz ifaçılarındandır. Onun yaradıcılığında Azərbaycan muğamı ilə cazın sintezi üstünlük təşkil edir. Əsərlərində klassik musiqidə rast gəlinən harmoniya və ritmlər xüsusi yer tutur.