Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə aprelin 10-dan 13-dək Bakıda qafqazşünasların I Beynəlxalq Forumu keçiriləcək.
   AMEA-dan bildiriblər ki, forumda “Qafqaz ölkələrinin sosial-iqtisadi və siyasi vəziyyəti”, “Qafqazın geosiyasəti”, “Böyük dövlətlərin və qonşu ölkələrin Qafqaz siyasəti”, “Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri”, “Qafqazda münaqişələr” mövzularında müzakirələr aparılacaq.
   Forum AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil ediləcək.