Əməkdar artist, cazmen Şahin Növrəsli fevral ayında Fransada konsert proqramları ilə çıxış edəcək. Konsertlər fevralın 2-də Parisdə “Grand Palais”də, fevralın 6-da Odeon Teatrında keçiriləcək. Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və başqa tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb.