Keçən il İsmayıllıya 101 min 755 nəfər turist gəlib. Onların sayı bir il əvvəlkindən 2215 nəfər çoxdur. İsmayıllı Turizm İnformasiya Mərkəzindən bildirilib ki, ötən il xarici turistlərin də sayı 1655 nəfər artıb və 16 min 905 nəfərə çatıb.
   Son illər turizmin inkişafı istiqamətində İsmayıllıda da xeyli işlər görülüb. Rayonda 23 hotel və istirahət mərkəzi fəaliyyət göstərir. Turizmin müxtəlif növləri - ekoturizm, kənd turizmi, mədəni turizm, qış və yay turizm marşrutları fəaliyyətdədir.