Oğuz rayon Qumlaq kənd kitabxanasında Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş kənd sakini İntizam Rəhimovun doğum günü ilə əlaqədar “Şəhidlər ölməz, Vətən bölünməz” adlı ədəbi-bədii kompozisiya keçirilib. 
   Tədbirdə şəhidin həyat yolundan bəhs edən slaydlar nümayiş olunub. Şəhidin qızı İntizamə Rəhimova atası haqqında xatirələrini danışıb. Şəhidlərə həsr olunmuş şeirlər, mahnılar səslənib, səhnəciklər göstərilib.
   Tədbirə yekun vuran kitabxanaçı R.Ağababayeva bildirib ki, xalqımız şəhid övladlarının xatirəsini daima qəlbində yaşadacaq. Şəhidlər ölmürlər - əbədiyyətə qovuşurlar. Onların nigaran ruhlarının dinclik tapması üçün torpaqlarımızı işğaldan azad etməliyik.