Dünyada tamamilə "yaşıl enerji" ilə işləyəcək ilk məscid Omanda tikilir. Layihə üzrə işlərin 90 faizi başa çatıb. "Hazırda məscidin damında günəş panellərinin quraşdırılması işləri aparılır", - deyə layihənin baş memarı Badra Əl-Hadabi bildirib.
   Memar qeyd edib ki, məsciddə eyni vaxtda 50 nəfər ibadət edə biləcək. Memar tikilinin ölçüsünün belə kiçik olmasını məkanın sərinləşdirmə sistemi üçün həddən çox enerji tələb olunması ilə izah edib.
   Badra Əl-Hadabi bildirib ki, ölkədə istehlak edilən enerjinin böyük hissəsi sərinləşdirmə sistemi üçün istifadə olunur. O, ümid edir ki, layihə ölkənin tikinti sənayesi üçün model olacaq.