Açıq səma altında canlı musiqi, rəsm və əl işləri sərgisi 
   
   Yanvarın 14-də Bakıda “İçərişəhərdə incəsənətlə istirahət günləri” (“Art Weekends in Icherisheher”) adlı sərgi açılacaq.
   Kiçik qala küçəsi 105 ünvanında açıq səma altında gerçəkləşəcək sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə baş tutacaq.
   Sərgi çərçivəsində paytaxtımızın yerli və əcnəbi qonaqları üçün açıq səma altında canlı musiqi ilə yanaşı, yerli rəssamların sərgisi, əl işləri yarmarkası təşkil olunacaq, balacalar üçün heykəltəraşlıq, keramika və rəsm üzrə ustad dərsləri, o cümlədən digər çoxsaylı maraqlı tədbirlər və əyləncəli proqramlar təqdim olunacaq. Sərgi iki gün davam edəcək.